
Rusiyanın “IrAero” aviaşirkəti iyulun 4-dən Saratov-Bakı marşrutu üzrə uçuşların yeni istiqamətini açır.
Gununsesi.info aviaşirkətə istinadən xəbər verir ki, reyslər “Superjet-100” təyyarələri ilə həftədə bir dəfə (çərşənbə axşamları) həyata keçiriləcək.
Təyyarələr Bakıdan yerli vaxtla saat 16:55-da qalxacaq və saat 19:05-də Saratova enəcək. Əks istiqamətdə reys saat 20:20-də qalxacaq və saat 22:55-də eniş edəcək.
Gununsesi.info