180 kilo 50 qəpiklik yığan şəxs kömək istədi

Sosial şəbəkədə maraqlı bir paylaşım edilib.

Gununsesi.info xəbər verir ki, Ayxan Abbaslı adlı şəxs iki ədəd 19 litrlik və bir ədəd 1 litrlik plastik bidona 50 qəpilik yığıdığını bildirərək kömək istəyib.

HTML tutorial

“Məndə 180 kilo 50 qəpiklik var. Bunları dəyişmək üçün hara verə bilərəm?
Bank deməyin, çünki faiz tutur. Kimsə göturə bilərsə, istədiyi yerə çatdıra bilərəm. Kömək etsəniz sevinərdim”, -deyə vətəndaş sosial şəbəkə istifadəçilərinə müraciət edib.

O, bidonlarda təxminən 12 min manat məbləğin cəmləşdiyini qeyd edib. Əlavə edib ki, qəpikləri 5 il ərzində toplayıb.

Vətəndaşın müraciəti birmənalı qarşılanmayıb. Ona məsləhət verənlərlə yanaşı, zarafatlaşanlar da az olmayıb.

Gununsesi.info