Cəlilabadda avtomobili yanaraq kül oldu

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib, minik avtomobili yanaraq kül olub.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə rayonunun Bəcirəvan kəndində qeydə alınıb.

HTML tutorial

Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb, ancaq hadisə nəticəsində Misir Tağıyeva məxsus “VAZ” markalı minik avtomobili yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info