Goranboyda avtomobil ağaca çırpıldı: Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

HTML tutorial

Hərəkətdə olan “Lifan” markalı maşın yoldan çıxaraq ağaca, daha sonra qaz borusuna çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info