
Pentaqon Suriyada helikopter qəzası nəticəsində 15 ABŞ əsgərinin yaralanaraq Almaniyaya müalicəyə göndərildiyini bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Pentaqon nümayəndəsi polkovnik-leytenant Phillip Ventura açıqlamasında Suriyanın şimal-şərqində helikopterin qəzaya uğrayaraq 22 əsgərin yaralandığını bildirib.
“Hadisənin səbəbi hələ də araşdırılır, lakin bunun düşmən təhdidi və ya hücumu ilə əlaqəsi yoxdur”.
Phillip Ventura hərbiçilərdən 15-nin Almaniyaya müalicəyə göndərildiyini və vəziyyətlərini stabil olduğunu bildirib.
Qeyd edək ki, dünən ABŞ mətbuatında “Terror təşkilatı DEAŞ-la mübarizə aparmaq üçün Suriyada olan ABŞ komando birliyindən 10 əsgər helikopter qəzasında yaralanaraq Almaniyada müalicə olunub” xəbəri yayılıb.
Bildirilir ki, üç yüksək rütbəli hərbçi ABŞ komandolarını daşıyan MH-47 Chinook helikopterinin Suriyanın şimal-şərqində naməlum səbəbdən qəzaya uğrayıb.
Tərcümə
Şəbnəm
Gununsesi.info