
Bu gün axşam saatlarında Oğuz rayonunun Padar kəndi ərazisində “VAZ-2106” və “Toyota” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Oğuz rayon sakini Abbasov İlqar Aydın oğlu aldığı xəsarətlərdən ölüb, iki nəqliyyat vasitəsində xəsarət alan ümumilikdə 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info