
Bu yaxınlarda Bakı Hərbi Məhkəməsinin hökmü ilə barələrində uzunmüddətli azadlıqdan mərhumetmə cəzası təyin edilən Azərbaycan Ordusunun generalı Bəkir Orucov və zabit Ziya Kazımovun apellyasiya şikayəti icraata götürülüb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hər iki şəxsin şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun icraatına verilib.
Növbəti ayın 14-də prosesin hazırlıq iclasının keçirilməsi nəzərdə tutulur.
Gununsesi.info