Ədliyyə Nazirliyinin yeni Kommunikasiya Strategiyası təsdiq olunub

  • By ilhame
  • 31 Yanvar 2024 19:41

Ədliyyə Nazirliyinin yeni Kommunikasiya Strategiyası təsdiq olunub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında bildirilib.

 

Kollegiyada nazirliyin 2024-2026-cı illər üzrə hazırlanmış yeni Kommunikasiya Strategiyası müzakirə edilərək təsdiq olunub.

 

Nazirliyin əhaliyə təqdim etdiyi elektron və mobil xidmətlərin tətbiqi genişləndirilib, il ərzində e-xidmətlərdən ümumi istifadə sayı 3 milyona, “Mobil notariat” istifadəçilərinin sayı isə 2 dəfə artaraq 900 minə çatıb.

Gununsesi.info