
Nyu-Yorkda uzun müddətdir davam edən məhkəmədə Donald Trampla bağlı qərar açıqlanıb.
Gununsesi.info bildirir ki, məhkəmə keçmiş ABŞ prezidentinin yazar Kerrolun reputasiyasına vurduğu ziyanı əsas gətirərək Trampa ümumilikdə 83,3 milyon dollar təzminat ödəmək qərarı çıxarıb.
Qərardan xəbər tutan Kerrol vəkilini qucaqlayaraq sevincini nümayiş etdirib.
Tramp isə sosial media platformasındakı hesabında qərara etirazını bildirib. “Tam cəfəngiyyatdır. Bu qərarla heç bir şəkildə razılaşmıram. Bura Amerika deyil”, – deyə o qeyd edib.
Xatırladaq ki, 80 yaşlı jurnal yazarı E. Jean Kerrol Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı Bergdorf Goodman mağazasının soyunub-geyinmə otağında ona təcavüz etdiyini bildirsə də, Tramp bu iddiaları rədd edib. Tramp iki həftəlik dinləmələrdən sonra 2023-cü ilin mayında Kerollun açdığı “zorlama və təhqir” işində münsiflər heyəti tərəfindən təqsirkar bilinib.
Gununsesi.info