
Rusiya prezidenti Vladimir Putinin üç avtomobili var.
Gununsesi.info xəbər verir ki, bu, Rusiya Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən gəlirlər və əmlak bəyannaməsindən aydın olur.
Sənədə görə, Rusiya liderinin 1960-cı ildə istehsal olunmuş “QAZ M21”, 1965-ci ildə istehsal olunmuş “QAZ M21”, həmçinin 2009-cu ildə istehsal olunmuş “Niva”sı və 1987-ci ildə istehsal olunmuş “Skif” qoşqusuı var.
Xatırladaq ki, bir müddət əvvəl dövlət başçısı ilk avtomobilinı nə vaxt aldığı ilə bağlı təfərrüatları açıqlamışdı. O bildirmişdi ki, bu, universitetin birinci kursuna daxil olandan az sonra baş verib. Siyasətçi anasının lotereyada “Zaporojets” udduğunu deyibb.
Putinin bəyannaməsindən o da aydın olur ki, Rusiya prezidentliyinə namizəd 2017-2022-ci illərdə 67,5 milyon rubldan (12.7 milyin manat) çox qazanıb.
Gununsesi.info