“Yuventus” – “Milan” matçında qalib müəyyənləşməyib

  • By ilhame
  • 27 Aprel 2024 22:09

İtaliya A Seriyasının 34-cü turunun “Yuventus” – “Milan” qarşılaşmasında komandalar vurduğu qollarla azarkeşlərini sevindirə bilməyiblər. Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

 

Gununsesi.info xəbər verir ki, hazırda 34 oyundan sonra 70 xal toplayan “Milan” 2-ci, “Yuve” isə 65 xal toplayaraq 3-cü pillədə qərarlaşıb.

 

İtaliya çempionatının cari mövsümündə komandalar daha əvvəl 9-cu turun matçında üz-üzə gəliblər. Həmin qarşıdurmada “Qoca sinyora” 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu yarımmüdafiəçi Manuel Lokatelli vurub.

Gununsesi.info