İraq qlobal bazarda neft tədarükünün azalması üçün OPEC və qeyri-OPEC ölkələri arasında yeni sazişin əldə olunması imkanlarına optimist yanaşır.
Gununsesi.org “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın neft naziri Tamer əl-Qadban bildirib.
Nazir bu gün bir sıra OPEC+ ölkələrinin nazirləri ilə telefon danışığı aparıb. İraq naziri qeyd edib ki, istənilən yeni saziş üçün əvvəlki OPEC+ sazişində iştirak etməyən ABŞ, Kanada və Norveç kimi əsas neft hasilatçılarının dəstəyi vacibdir.
Qeyd edək ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, 2002-ci ildən heç bir azalma sazişinə qoşulmayan Norveç bu həftə sonu bəyan edib ki, birtərəfli qaydada hasilatı azaltmağa hazırdır.
Gununsesi.org
COMMENTS