“İran öz təhlükəsizliyinə təhdid törədən ABŞ gəmilərinə atəş açacaq”.
Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami deyib.
O bildirib ki, bununla əlaqədar olaraq Hərbi-Dəniz Qüvvələrinə tapşırıq verilib.
Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Hərbi-Dəniz Qüvvələrinə onun gəmilərinə maneə törədən İran katerlərini məhv etməklə bağlı tapşırıq verdeyini açıqlamışdı.
COMMENTS