Bu ölkədə yüzlərlə tibb işçisi koronavirusa yoluxub

Bu ölkədə yüzlərlə tibb işçisi koronavirusa yoluxub

Ukraynada 334 tibb işçisi koronavirusa yoluxub.

Gununsesi.org “Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Maksim Stepanov “Podrobnosti nedeli” televiziya verilişində məlumat verib.

Nazir bildirib ki, Ukraynada 2 203 koronavirusa yoluxmuş xəstənin 334-ü səhiyyə işçisidir. Onların şəxsi mühafizəsi üçün bütün zəruri tibbi avadanlıqlar alınır.

M.Stepanov qeyd edib ki, həkimlərin koronavirusa yoluxması bütün dünyada müşahidə olunan haldır:

“Təkcə İtaliyada 9 000 tibb işçisi koronavirusa yoluxub. Bu, virusa yoluxanların 12 faizi deməkdir”.

Gununsesi.org

COMMENTS