ABŞ vətəndaşlarının yarısı koronavirusun laboratoriyada süni şəkildə yaradıldığına inanır.
Gununsesi.org bildirir ki, RT-nin məlumatına görə, bu barədə Demokratiya Fondunun “UCLA Nationscape Project”lə birgə keçirdiyi sorğunun nəticələrindən məlum olub.
Amerikalıların üçdə biri COVID-19-a qarşı peyvəndin olduğunu, ancaq bunun xalqdan gizlədildiyini düşünür.
48 faiz sorğu iştirakçısı isə ABŞ hökumətinin koronavirusdan ölənlərin dəqiq sayının deyilmədiyini güman edir.
Son məlumatlara görə, ABŞ-da koronavirusa yoluxanların sayı 987 322 nəfərdir. Onlardan 55 415 nəfəri ölüb, 118 781 nəfəri sağalıb.
Gununsesi.org
COMMENTS