Litvada karantin qaydalarını pozanlar cinayət məsuliyyətinə cəlb ediləcək

Litvada karantin qaydalarını pozanlar cinayət məsuliyyətinə cəlb ediləcək

Litva Seymi koronavirus pandemiyası zamanı karantin qaydalarını pozan şəxsləri cinayət məsuliyyətinə cəlb etməyi nəzərdə tutan qanuna əlavələr qəbul edib.

Gununsesi.org “EuroNews”a istinadən xəbər verir ki, əlavələrə əsasən, koronavirus təhlükəsi barədə məlumatlandırılan şəxslər başqa insanlarla təmasda olmağa davam edərlərsə onları həbs gözləyə bilər.

Bununla birgə, əgər həmin addımı koronavirusa yoluxan insan atarsa bir il müddətinədək azadlıqdan məhrum edilə bilər.

Seymin deputatlarının əksəriyyəti bu qərarın lehinə səs verib.

Gununsesi.org

COMMENTS