Şimali Koreya ciddi şəkildə koronavirus infeksiyasının yayılması və aclıq riskləri ilə üz-üzə qala bilər.
Gununsesi.org “Fox News”a istinadən xəbər verir ki, bunu aprelin 28-i ABŞ Dövlət katibi Mark Pompeo bildirib.
“Ölkədə ərzaq çatışmazlığı müşahidə edilir. Biz Şimali Koreyadakı vəziyyəti diqqətlə izləyirik. Çünki bu ABŞ-ın rəsmi Seulla bağlı planlarına təsir edə bilər”, – deyə Pompeo əlavə edib.
Gununsesi.org
COMMENTS