Məlum pandemiya ilə bağlı özünütəcrid şəraitində yaşamağa məcbur olan məşhur Avstriya qarışıq döyüş növləri(“MMA”) döyüşçüsü Vilhelm Ott İslamı qəbul etdiyini açıqlayıb.

Gununsesi.org-un Moderator.az-a istinadla verdiyi xəbərə görə, idmançı Allaha şəhadət gətirməsinin evdə qeydə alınan video-yazısını internet şəbəkələrində paylaşıb.
“Bu, dərin düşüncə və İslam dini haqqında uzun axtarışlar nəticəsində baş verdi”- deyir Avstriya çempionu.
“Müsəlman inancımla daha da güclənəcəyimi hiss edirəm. Oruc tutmaqdan ötrü səbirsizlənirəm… Tanıdığım müsəlmanların necə təmiz və əxlaqlı olduqlarını görürdüm… İslam dinini araşdırdım və müsəlman olmağa qərar verdim”- Avropalı döyüşçünün karantin dövründə gəldiyi qənaət belə olub.

COMMENTS