Ermənistanda nazir müavini işdən çıxarıldı

Ermənistanda nazir müavini işdən çıxarıldı

Ermənistan xarici işlər nazirinin müavini Qriqor Ovannisyan vəzifəsindən azad edilib.
Gununsesi.org xəbər verir ki, məlumatı Ermənistan hökuməti yayıb.
Bildirilib ki, aprelin 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Qriqor Ovannisyanın vəzifədən azad edilməsinə dair sərəncam imzalayıb.
Qeyd edək ki, Q.Ovannisyan 2018-ci il dekabrın 28-də bu vəzifəyə təyin edilib. Bundan əvvəl o, 2013-2016-cı illərdə Ermənistanın ABŞ-da səfiri işləyib, sonrakı 2 ili isə Yerevanın Meksikadakı diplomatik missiyasına başçılıq edib.

Gununsesi.org

COMMENTS