Türkiyədə “hörümçək adam” evdə qalan insanlara yardım etdi –VİDEO+FOTOLAR

Türkiyədə “hörümçək adam” evdə qalan insanlara yardım etdi –

Türkiyənin Antalya şəhərində yaşayan Burak Soylu “hörümçək adam” libası geyinərək evdən çıxa bilməyən yaşlı, köməyə ehtiyacı olan insanlara eləcə də uşaqlara yardım edir.


Gununsesi.org Yeniavaz.com
-a istinadla xəbər verir ki, Soylu pandemiya səbəbilə evlərindən çıxa bilməyən 65 yaşından yuxarı insanların verdiyi siyahıya görə marketlərdən onlar üçün bazrlıq edir. Uşaqlar tərəfindən də sevilən “hörümçək adam” libaslı Soylu bu çətin günlərdə onları sevindirə bildiyi üçün özünü çox xoşbəxt hiss etdiyini deyir. Antalyada insanların rəğbətini qazanan Burak Soylu koronavirusa görə parklarda səhnələr göstərməyi dayandırdığını, evdə oturmaqdansa insanlara yüksək əhval ruhiyyə, təbəssüm, lazım gəldikdə onların ehtiyaclarını qarşılamağı daha üstün tutduğunu deyib. Qısa vaxtda sosisal şəbəkə istifadəçiləri tərəfindən də sevilən Soylunun videoları hər kəs tərəfindən bəyənilib.

 

 

 

 

 

 

 

Gununsesi.org

COMMENTS