95 yaşlı qazi kişi koronavirusu yendi –Savaşın verdiyi özgüvən qorxu və məğlubiyyət yaşatmır...

95 yaşlı qazi kişi koronavirusu yendi –

ABŞ-ın Oreqon ştatında 95 yaşlı İkinci Dünya Müharibəsi qazisi Bill Kelli yeni tip koronavirusdan müalicə olunaraq evə buraxılıb.

Gununsesi.org bildirir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Martın 17-də COVID-19 testinin müsbət çıxmasından sonra müalicəsinə başlanılan Kelli bu gün tamamilə sağalıb.

Kellinin, həmçinin, böyrək və ürək xəstəliyi olduğu, yüksək təzyiqdən əziyyət çəkdiyi bildirilib.

Gununsesi.org

COMMENTS