Bosniya və Herseqovinada koronavirus qurbanlarının sayı 49-a yüksəlib.
Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı Şərqi Avropa ölkəsinin Vətəndaş İşləri Nazirliyi yayıb.
“Bu günə olan məlumata görə, indiyədək 1 309 nəfərə koronavirus diaqnozu qoyulub. Pandemiyanın başlanğıcından 381 nəfər virusdan sağalıb, 49 nəfər isə ölüb”, – Nazirlikdən bildirilib.
Qeyd edək ki, Bosniya və Herseqovinada koronavirusa ilk yoluxma faktı ötən ayın 5-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 422 000-i ötüb. Bunların 635 761 nəfəri sağalıb, 165 924 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Gununsesi.org
COMMENTS