İranda koronavirus pandemiyası səbəbilə tətbiq edilən xüsusi karantin rejimi yumşaldılır.
Gununsesi.org xəbər verir ki, hökumət beynəlxalq magistral yolların, ticarət mərkəzləri və mağazaların açılması barədə qərar qəbul edib.
Xidmətinə icazə verilən obyektlər yalnız 06:00-dək fəaliyyət göstərəcək.
Kafe, restoran, idman zalı və digər ictimai məkanların, məscid və ibadətgahların fəaliyyəti isə hələ ki, təmin olunmayacaq.
Son rəqəmlərə görə, İranda koronavirusa yoluxanların sayı 83 min 500-ü ötüb. Bunlardan 59 min 273 nəfər virusdan sağalıb, 5 min 209 nəfər ölüb.
COMMENTS