İtaliyada son bir gün ərzində daha 454 nəfər koronavirusdan ölüb.
Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.
Bununla da ölkədə pandemiya qurbanlarının sayı 24 114 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 439 000-i ötüb. Bunların 638 237 nəfəri sağalıb, 167 434 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Gununsesi.org
COMMENTS