
“Bəxtiyar Hacıyev həkim müainəsindən keçib. Təcridxanaya daxil olan gün çəkisi 84,5 olub, yeddi günə 4,5 kilo çəki itirib”.
Bunu Gununsesi.info-ya həbsdəki siyasi fəal Bəxtiyar Hacıyevin vəkili Şəhla Hümbətova deyib.
Vəkil, həmçinin bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi Məhkəmə Qaydalarının 39-cu maddəsi ilə dünən göndərilmiş müvvəqqəti məcburiyyət tədbirlərinə dair ərizəyə əsasən hökumətə suallar göndərib:
“Söhbət aclıq aksiyası, səhhəti, həyatının təhlükəsizliyindən gedir”.
Günay TƏHMƏZOVA
GUNUNSESİ.İNFO