“2023-cü il Ukrayna üçün dönüş ili olacaq” -Zelenski

“Gələn 2023-cü il Ukrayna üçün dönüş ili olacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresindəki çıxışı zamanı deyib.

HTML tutorial

“Gələn il dönüş nöqtəsi olacaq. Mən bunu bilirəm. Bu an, Ukraynanın cəsarəti və amerikalıların qətiyyəti öz dəyərlərini müdafiə edən insanların azadlığını təmin edəcək”, – Ukrayna prezidenti vurğulayıb.

O, əlavə edib ki, ABŞ-a gəlməmişdən əvvəl cəbhədə, Ukraynanın şərqində olub.

Qeyd edək ki, çıxışdan əvvəl konqresmenlər Volodimir Zelenskini ayaq üstə bir neçə dəqiqə alqışlayıblar.

Xatırladaq ki, dekabrın 21-də Volodimir Zelenski Ağ Evdə Co Baydenlə görüşüb.

Gununsesi.info