“İran mollaları Azərbaycanda çox ciddi təxribatla məşğuldurlar” –Aslan İsmayılov

“İran mollaları Azərbaycanda çox ciddi təxribatla məşğuldurlar” –

Tanınmış hüquqşünas Aslan İsmayılov özünün Facebook hesabında son dönəmlərdə İranın Ermənistana yardımlarından və bu xəbərləri yazılmlasından sonra Azərbaycandakı fars tərəfdarları ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.org  Aslan İsmayılovun həmin xəbərdaredici yazısını sizə təqdim edir:

 

“Çox gözəl bilirəm ki, İslam dinini əlində bayraq edən, İslama heç bir aidiyyatı olmayan, əksinə öz davranışları ilə dünyada dinimizə xələl gətirən İran mollaları Azərbaycanda çox ciddi təxribatla məşğuldurlar, xüsusi təlim almış insanlar tərəfindən idarə olunurlar. Siz də dəfələrlə bu səhifəmdən şahid olubsunuz ki, həmin cəsuslar bilərəkdən böhtan yaymaqla məni cəmiyyətə Allahsız, İslam düşməni kimi təqdim edirlər. Bu casuslar Azərbaycanda dövlətçilik tərəfdarı olan, İran mollalarının bəd niyyətlərini bilən hər kəsi gözdən salmaq tapşırığı alıblar. Bunların bəd niyyətlərini anlamayıb dəstək verən dindar qardaş və bacılarımdan xahiş edirəm ki, çox diqqətli olsunlar və Ermənistanın dövlət kimi mövcud olmasında, Dağlıq Qarabağın bu günə qədər işğalda qalmasında İranın müstəsna rolunun olduğunu bilsinlər. Elə 8 may 1992-ci ildə də Şuşa şəhəri məhz İran mollarının oyunu nəticəsində işğal olundu. Ölkə rəhbərliyi Prezident əvəzi Yaqub Məmmədov başda olmaqla Tehrana, guya sülh danışıqları üçün dəvət olunduğu gün başsız qalan Şuşa işğal olundu. Ondan sonra da Ermənistan sərhədi hər tərəfdən bağlı olanda, ancaq İran Ermənistanı, o cümlədən işğal altında olan torpaqlarımızı neft və qida məhsulları ilə təmin etdi və bu gün də həmin əməllərini davam etdirir.

Azərbaycan hakimiyyəti onların burada güclü dayaqları olduğundan, (əsas günahkar hakimiyyətin özüdür) təmkinli davranmağa üstünlük verir. Onların burada dayaqlarının hansı vəziyyətdə olduğunu Azərbaycanın müstəqilliyini daim təhdid edən general Qasım Süleymaninin qətli ilə bağlı səhifəmdəki paylaşımdan sonra yəqin ki, Siz də gördünüz. Bu gün Azərbaycanda İslamın ən böyük düşmənləri, burada müsəlmanlar arasında bölücülük aparan Fars-Ərəb mollalarıdır.

Buradan bir daha təkrar edirəm ki, Allaha inamım və məhəbbətim sonsuzdur, dinim də İslamdır. Bir daha dindar bacı-qardaşlarımdan çox diqqətli olmalarını xahiş edirəm. Bizim Vətənimiz bir Azərbaycandır, dinimiz də bir İslamdır”.

Gununsesi.org 

COMMENTS