Gürcüstanda torpaq sürüşməsi oldu – 11 nəfər can verdi

  • By arzu
  • 05 Avqust 2023 16:52

Gürcüstanda torpaq sürüşməsi baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay bu ölkənin Raça bölgəsinin Şovi qəsəbəsində yaşanıb.

Təbii fəlakət zamanı 11 nəfər can verib, 25 nəfər itkin düşüb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Dağlıq tətil şəhərciyi olan Şovi şiddətli yağışlar və torpaq sürüşməsi ilə fəlakətə təslim olub.

Yetkililər bölgədəki 2 körpünün yıxıldığını bildiriblər.

Təbii fəlakətdən sonra yollar palçıqla əhatlənib.

Regional Tərəqqi və İnfrastruktur Naziri İrakli Karseladze kəndlərin yağmura batdığını bildirib.

Raçada 200 nəfərdən çox adamı köçürmək üçün helikopterlər işə başlayıb.

150 nəfərlik axtarış heyəti bölgədə xilasetmə işlərinə başlayıb.

400 nəfərlə birlikdə xilasetmə işləri aparılır.

 

Tərcümə: Arzu 

Gununsesi.info