
Səudiyyə Ərəbistanı və Küveyt Bəsrə Körfəzindəki çəkişməli bölgədə təbii qaz ərazilərini öz aralarında bölüşüblər. Ancaq İranın bu bölgədəki iddiaları davam edir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Durra qaz yatağının içində olduğu Bəsrə Körfəzindəki “tərəfsiz bölgə” olaraq tanınan ərazinin Küveyt və S. Ərəbistanının ortaq mülkiyyətinddə olduğu elan edilib.
Küveyt və S. Ərəbistanının Xarici İşlər Nazirliklərindən edilən ortaq açıqlamada eyni bölgənin sərvətlərinin işlətmə haqlarının bütünü ilə bu iki ölkəyə aid olduğu vurğulanıb.
“Ölkələrarası hüquq və yaxşı qonşuluq münasibətlərinə uyğun olaraq, Küveyt və S. Ərəbistan bölünmüş bölgənin doğru sərhədini müzakirə etmək üçün İrana çağırışlarını yeniləyir”.
İranın Neft Naziri Cavud Ovçu 2 avqustdakı kabinet toplantısından sonra etdiyi açıqlamasında Bəsrə Körfəzindəki Araş/Dura Qaz Bölgəsi ilə bağlı Küveytlə birlikgə işləməyə hazır olduqlarını çatdırdıqlarını söyləmişdi.
Bəsrə Körfəzində yerləşən 1967-ci ildə kəşf edilən Araş-Durra Qaz Bölgəsi illərdir ki, Küveytlə İran arasında problemə səbəb olur. Qaz bölgəsinin İran tərəfində yerləşən qisminə “Araş” adı verilərkən, Küveyt isə buranı “Durra” olaraq tanıyır.
2022-ci ilin martında Küveyt və S. Ərəbistanı Durra Qaz Bölgəsini inkişaf etdirmək üçün anlaşma imzalamışdılar.
İran isə eyni anlaşmanın “qanunsuz” olduğunu müdafiə edərək bölgədə axtarış işlərinə başlayacağını açıqlamışdı.
Küveyt avqustun 3-də eyni bölgədə dəniz sərhədinin bəlli edilməsi üçün İranı müzakirələrə çağırmış, rəsmi Tehran isə mövzu ilə bağlı açıqlama verməmişdi.
Küveytin Neft Naziri Səid əl-Barak 27 iyulda etdiyi açıqlamasında bunları demişdi:
“Küveyt İranla sərhədin cızılmasını gözləmədən Durra Qaz Bölgəsində axtarış və emal işlərinə başlayacaq”.
Tərcümə: Arzu