Britaniya səfiri şəhid hərbçimizlə bağlı başsağlığı verdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi ilə bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, səfir bununla bağlı öz tviter hesabında paylaşım edib.

HTML tutorial

“Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və şəhidin olması xəbəri məni kədərləndirdi. Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara şəfa diləyirəm”, – deyə səfir qeyd edib.

Gununsesi.info