Almaniyanın Müdafiə naziri İraqa səfər edib

Almaniyanın Müdafiə naziri İraqa səfər edib

Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer İraqa gözlənilməz səfər edib.

Gununsesi.org-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin təmsiliçisi deyib.

İraqa səfərindən öncə İordaniyaya gedən Kramp-Karrenbauer burada alman hərbçiləri ilə görüşüb və İordaniya hakimiyyət nümayəndələri ilə müzakirələr aparıb.

Təhlükəsizliklə əlaqədar nazirin səfərinin təfərrüatları açıqlanmayıb.

Müdafiə Nazirliyi bildirib ki, Kramp-Karrenbauer İraqda alman hərbi qüvvələrinin fəaliyyəti və İŞİD-ə qarşı mübarizənin davam etdirilməsi ilə bağlı bu ölkənin yüksək səviyyəli hərbçiləri ilə müzakirələr aparacaq.

 

Gununsesi.org

COMMENTS