34 yaşlı qadın dərmandan zəhərləndi

34 yaşlı qadın dərmandan zəhərləndi

Şəkidə 34 yaşlı qadın dərmandan zəhərlənib.

Gununsesi.org-un məlumatına görə, Şəki rayon F.X.Xoyski küçəsi, ev 52-də yaşayan 1986-cı il təvəllüdlü Məmmədkərimova Səidə Nərbəla qızı zəhərlənmə əlamətlərilə Şəki  Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxanada müayinə zamanı onun dərmandan zəhərləndiyi güman edilir. M.Səidənin dediyinə görə, onun vəziyyəti dərman qəbul etdikdən sonra pisləşib.

Hazırda xəstəyə yardım göstərilir, vəziyyətinin kafi olduğu bildirilir.

 

COMMENTS