İstanbul Təhlükəsizlik İdarəsinin maliyyə şöbəsi tərəfindən şəhərdə aparılan əməliyyat nəticəsində 127 milyon 500 min saxta ABŞ dolları ələ keçirilib.
Gununsesi.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyat zamanı saxta pul hazırlamaqda şübhəli bilinən 8 nəfər saxlanılıb, pulların hazırlanmasında istifadə edilən çap maşını müsadirə olunub.
Əməliyyatlar davam etdirilir.
Xatırladaq ki, İstanbulda analoji əməliyyat ötən ilin iyulunda da keçirilmişdi. O vaxt daha çox- 270 milyon 150 min dollar miqdarında saxta ABŞ dolları tapılmışdı.
Faktla əlaqədar 5 nəfər saxlanılmışdı. Onların arasında FETÖ təşkilatı ilə əlaqadə şübhəli bilinərək işdən azad edilən bir komissar da vardı. Bu dəfə saxlanılanlar barədə isə hələlik məlumat verilməyib.

Gununsesi.org
COMMENTS