Türkmanlar Kərkükdə etiraz aksiyası keçirdi

Türkmanlar Kərkükdə etiraz aksiyası keçirdi

İraqın şimalında yerləşən Kərkük şəhərində böyük nüfuza malik türkmənlar bölgənin Təhsil İdarəsində edilən yeni təyinatlarla bağlı etiraz aksiyası keçirib.

“Anadolu Ajansı “ xəbər verir ki, etirazçıların fikrinə görə kadr dəyişiklikləri ədalətsizdir.

Aksiyada müxtəlif ali təhsil ocaqlarının yüzlərlə məzunu iştirak edib.

Onlar uzun illərdir ki, türkmanlara qarşı edilən ayrı-seçkilik sabəbindən iş tapa bilmirlər.

Türkman QHT-dən birinin rəhbəri İstibrak Yazaroğlu son təyinatları edərkən türkmanların nəzərə alınmadığını bildirib.

Etirazçılar Kərkük qubernatoru Rakan Səidinin türkmanların hüquqlarının pozulmasına məhəl qoymamasından da narazı olduqlarını bildiriblər.

Xəbər oxu.az saytında dərc edilib

 

Gununsesi.org

COMMENTS