
Kəlbəcərə və digər dağ rayonlarına arı təsərrüaftı aparan fermeler bu il gözlənilən məhsulu götürə bilməyəcək.
Buna səbəb isə havanın davamlı leysan yağışlı keçməsidir.
Kəlbəcərdə yerləşən fermerlerin Gununsesi.info-ya bildirdiyinə görə, hava şəraiti onları çıxılmaz duruma salıb.
“Ötən il bu vaxtı arı yeşiklərini açanda məhsul bolluğu idi. Ancaq indi heç nə yoxdur”.
Fermer Arif İbrahimov isə deyir ki, bəzi adamlar saxtakarlığa əl atır. Belə ki, arı ailələrinə şəkər tozundan hazırlanan şirəli su verirlər ki, bu da əldə ediləcək məhsulun təmiz olmaması deməkdir.
“Gəncədən kisələrlə şəkər tozu gətirilir” deyən fermer bildirib ki, yağış bir neçə gün də davam etsə, əsl fəlakət yaşanacaq.
Ona görə də bu bal almaq istəyənlər onun təmiz olub-olmaması üçün xüsusi maraqlanmalıdır.
Elmar Elnuroğlu
Gununsesi.info