Naxçıvana təyyarə bileti bahalaşdı - FAZİL MUSTAFADAN ETİRAZ

Deputat Fazil Mustafa Naxçıvana təyyarə biletinin artırılmasından danışıb.

Gununsesi.info bildirir ki, sosial şəbəkə hesabında AZAL-ı tənqid edib:
“Yenə bir aydan artıqdır ki, Naxçıvana bileti böyük bir problemə çevirdilər. İran yolu bağlayıb, bircə təyyarə yolu qalıb. Tələbat varsa artırın təyyarələrin sayını. Bir neçə il öncə bileti 60 manata qaldırdılar, onsuz da bu qiymətə keyfindən kimsə Naxçıvana getmir. Adamın ölüsü var, dirisi var, xəstəsi var, doğma yurd həsrəti var.

HTML tutorial

Nədir bu bilet kassasının qarşısındakı zəhlətökən növbələr? 21-ci əsrdə bilet üçün bu qədər növbə olar? Qadını, yaşlısı, uşağı bilirsiniz nə çilə çəkir? Elektron bilet satışını deyirdiniz, hanı o biletlər? Kim məsuliyyət daşıyır buna? Təcili əncam çəkilməlidir”.

Mais
Gununsesi.info