Azərbaycan-Estoniya oyunu bərabərə başa çatdı 

AVRO-2024-ün seçmə mərhələsində III turun oyunları keçirilib.

Gununsesi.info xəbər verir ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi Estoniya ilə mübarizə aparıb.

HTML tutorial

Görüşdə ilk qolu qonaqlar vurublar. 27-ci dəqiqədə Rauno Sappinen fərqlənib.

Azərbaycan millisi 62-ci dəqiqədə hesabı bərabərləşdirib və Anton Krivotsyuk qonaqları mərkəzə dəvət edib.

Qeyd edək ki, qrupumuzun digər matçında liderlər qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunda Belçika Avstriyanı sınağa çəkəcək.

AVRO-2024-ün seçmə mərhələsi

III tur, F qrupu

17 iyun

20:00. Azərbaycan – Estoniya – 1:1

Qollar: Anton Krivotsyuk, 62 – Martin Miller, 27

Baş hakim: Andrey Berka (Çexiya)

Bakı. “Dalğa Arena”

Gununsesi.info