
“Ölkəmizdə işsizlik, yoxsulluq, evsizlik, uşaq pulu və yaşamaq problemləri var. İnsanlar, sadəcə yaşaya bilmirlər. Hökumət bunları bir an öncə həll etməlidir”.
Gununsesi.info xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Xalqa Xidmət Hərəkatının(XXH) Başqanı Arzu Sayadoğlu söyləyib.
XXH Başqanı söyləyib ki, Azərbaycan iqtidarı ölkədəki monopoliya, rüşvət və siyasi-ictimai problemləri çözməzsə, bu, ölkə üçün ciddi fəsadlara səbəb ola bilər.
“Dövlət başçısı İlham Əliyev özü də bir neçə dəfə bu problemlərə deyinib. Milli Məclisdə qiymət bahalılığı, monopoliya və vergidən yayınmalarla bağlı müzakirələr edilib. Ancaq heç cür həll edilmir. Xalq pərişan haldadır. Məmurlar bir an öncə bu işləri həll etməli və xalqa vicdanla xidmət etməlidirlər. Lap elə xalqın qadasını da almalıdırlar. Onların işləri xalqa problem yaratmaq deyil, xalqı yaşatmaqdır”.