Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb

Cəlilabadda itkin düşmüş 21 yaşlı qız Bakıda tapılıb.

Gununsesi.info xəbər verir ki, rayon sakini L.Hüseynovanın mayın 15-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Bakı şəhərində olduğu müəyyən edilib.

Gununsesi.info