
Almaniya onun Ukraynaya verdiyi silahlardan Rusiya ərazisindəki hərbi hədəflərin vurulması üzərindəki qadağanı qaldırıb. Bu barədə mayın 31-də Almaniya hökumətinin nümayəndəsi Şteffen Hebeşrayt məlumat verib.
Nümayəndənin sözlərinə görə Berlinin mövqeyindəki bu dəyişiklik Rusiyanın bir neçə həftə bundan əvvəl Ukraynanın Xarkov vilayətində başladığı hücum əməliyyatlarıdır.
Hebeşrayt vurğulayıb ki, beynəlxalq hüquqa görə Ukrayna özünü bu hücumlardan müdafiə etmək haqqına malikdir.
Almaniya kansleri Olaf Şolts bundan əvvəl dəfələrlə bəyan etmişdi ki, Almaniya silahlarından bilavasitə Rusiya ərazisinə zərbələr endirilməyəcəyinə dair Ukrayna ilə razılaşma mövcuddur.
Kansler özünün də şəxsən belə zərbələrə tərəfdar olmadığını demişdi.
Almaniya – ABŞ, Fransa və Britaniyadan fərqli olaraq Ukraynaya Rusiya ərazisinin dərinliklərini vura biləcək raketlər verməyib.
Gununsesi.info