Son 24 saat ərzində Qəzza zolağında 29 İsrail əsgəri yaralanıb

İsrail ordusu Qəzza zolağında son 24 saat ərzində baş verən qarşıdurmalarda 29 əsgərin yaralandığını bildirib.

Gununsesi.info xəbər verir ki, ordunun saytında dərc olunan bəyanatda qeyd olunur ki, son 24 saat ərzində Qəzza zolağında baş verən qarşıdurmalar zamanı 29 əsgər və zabit yaralanıb, onlardan 7-nin vəziyyəti ağırdır.

Bu məlumata görə, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatına başladığı 27 oktyabrdan bu yana yaralanan İsrail hərbçilərinin sayı 648-ə yüksəlib.

Onlardan 146 nəfəri ağır, 257 nəfəri orta, 245 nəfəri isə yüngül xəsarət alıb.

İsrail ordusunun məlumatına görə, Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan indiyədək 445 İsrail əsgəri həlak olub ki, onlardan 116-sı quru işğalı nəticəsində həlak olub.

Gununsesi.info