İki qatar toqquşdu – Yüzlərlə yaralı var

Çində iki metro qatarı toqquşub.

Gununsesi.info xəbər verir ki, səlahiyyətlilər qəzanın Pekinin qərb hissəsindəki Çanpinq metro xəttinin yerüstü hissəsində baş verdiyini açıqlayıb.

Bildirilib ki, hadisəyə təcili tibbi yardım, polis və nəqliyyat qrupları müdaxilə edib və bütün sərnişinlər təxliyə edilib.

Qar yağması səbəbindən sürüşkən olan relslərdə qarşıdakı metro qatarının avtomatik əyləc sisteminin işə düşməsi ilə iki qatarın toqquşması nəticəsində xəsarət alan 515 nəfərin xəstəxanalara aparıldığı bildirilib.

Bildirilib ki, yaralılardan 25-i müşahidə altındadır, 67-nin müalicəsi davam etdirilir. Güclü qar yağışı şəhərdə bəzi qatarların hərəkətinin dayandırılmasına və məktəblərin bağlanmasına səbəb olub.

Gununsesi.info