Qırğızıstanın dövlət bayrağı dəyişir – FOTO

Noyabrın 29-da Qırğızıstan parlamentinin deputatları ölkənin dövlət bayrağının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə birinci oxunuşda səs veriblər.

Gününsesi.info xəbər verir ki, layihəni 66 deputat dəstəkləyib, 8 deputat əleyhinə səs verib.

Qəbul edilmiş düzəlişlər Qırğızıstan Respublikasının bayrağındakı şüaların formasının dalğavaridən düzə dəyişdirilməsini, həmçinin xətlərin sayının üçdən dördə qədər artırılmasını təklif edir.

Bayrağın dəyişdirilməsi layihəsini Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyev və deputat Ulan Primov hazırlayıb.

Qanuna düzəlişlər parlamentdə ikinci və üçüncü oxunuşdan keçsə və sonra prezident Sadır Cəfərov tərəfindən imzalansa, bayraq dəyişəcək.

Artıq dövlət başçısı bu təşəbbüsü dəstəklədiyini bildirib.

Gununsesi.info