Yaşar Gülər Azərbaycana gəldi - Video

Türkiyə milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Yaşar Gülər Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin toplantısında iştirak edəcək.
Türkiyə müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb.