Gürcüstan Avropa İttifaqının qərarını Tbilisidə Azadlıq meydanında qeyd edəcək

Bu gündən Gürcüstan Avropa dövlətidir, Avropa ölkəsidir.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa İttifaqının ölkəyə namizəd statusu vermək qərarını şərh edərkən deyib.

O qeyd edib ki, Gürcüstan hazırda Avropa İttifaqına namizəd ölkədir.

Gürcüstanın baş naziri xatırladıb ki, Gürcüstan hökuməti xüsusilə 2012-ci ildən ölkənin Aİ-yə inteqrasiyası üçün fəal səylər göstərib. Bu uğur Gürcüstan xalqınındır”, – deyə o vurğulayıb.

Bundan əlavə, Qaribaşvili gürcü xalqını Avropa İttifaqının (Aİ) qərarını şənbə günü, dekabrın 16-da Tbilisidə Azadlıq meydanında qeyd etməyə dəvət edib.

Xatırladaq ki, Aİ Gürcüstana namizəd statusu verib, həmçinin Ukrayna və Moldovanın üzvlük danışıqlarına başlamaq qərarına gəlib.

Gununsesi.info