
ABŞ ordusunda kiçik zabit kimi xidmət edən, fitnes və moda məzmunu ilə İnstaqramda da fenomen olan 34 yaşlı Mişel Yanq intihar edib.
Gununsesi.info xəbər verir ki, Yanq 16 il hərbi xidmətdə olub, ilk dəfə təxminən 18 yaşında ikən hərbi xidmətə başlayıb. Bu müddət ərzində o, iki dəfə Əfqanıstanda xidmət edib.
Ölüm xəbəri çıxmazdan bir neçə gün əvvəl Yanq İnstaqramda q4 yaşlı qızı Qreysi üçün ad günü mesajı paylaşıb.
Sentyabr ayında intiharın qarşısının alınması həftəsi üçün yazdığı bir yazıda Yanq qardaşının 14 yaşındaykən özünü öldürdüyünü xatırladıb və çətin vəziyyətdə olan hər kəsi yardım istəməyə çağırıb.
Yanqın intiharına nəyin səbəb olduğu hələlik bəlli deyil.
Gununsesi.info