Putinin fərmanı gərginlik yaratdı: Ekstremist kanaldan Azərbaycana qarşı ərazi İDDİASI

Putinin imzaladığı “tarixi rus torpaqlarında mülklərin qorunması” haqqında fərman böhrana səbəb olub. İfrat millətçi ruslar Alyaska Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Ukrayna, Alyaska və Skandinaviyanın birləşdirilməsi ideyasını irəli sürüb.

Gununsesi.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskvanın xaricdəki tarixi daşınmaz əmlakı ilə bağlı yeni fərman imzalayıb.

Fərmana xaricdə Rusiya əmlakının, o cümlədən Sovet İttifaqı və keçmiş çar Rusiyası ərazisindəki əmlakın axtarışı, qeydiyyatı və hüquqi mühafizəsi üçün vəsait ayrılması daxildir. Rusiya Xarici İşlər Nazirliyinin “Xarici Əmlakın İdarə Edilməsi” bölməsinə də sözügedən əmlakların tapılması, uçotu və mühafizəsi həvalə edilib.

Bu fərmanın qüvvəyə minməsi böyük mübahisə yaradıb. Xüsusilə ifrat rus millətçi yazarları deyirdilər ki, bu addımla Rusiya gələcəkdə qonşularına, hətta ABŞ-a qarşı addımlar ata bilər.

Şərqi və Mərkəzi Avropanın, Mərkəzi Asiyanın böyük bir hissəsinin və Skandinaviyanın bəzi hissələrinin Rusiya ərazisinə qoşulmasına yol açıldığını bildirənlər yeni regional münaqişələrin başlaya biləcəyini şərh ediblər.

530.000-dən çox abunəçisi olan “Two Majors” adlı ekstremist “Telegram” kanalı “Alyaskadan başlamağı tövsiyə edirik” yazıb. Kanal həmçinin Kremlin “Dnepr Ukraynası, Bessarabiya, Finlandiya Böyük Hersoqluğu, Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya Türküstanının Orta Asiya əyalətləri, Baltikyanı şəhərlərin əksəriyyəti və Polşanın əhəmiyyətli bir hissəsinə baxmalı olduğunu yazıb.

Məsələni daha da irəli aparan kanal Almaniyanın Soyuq Müharibə dövründə parçalanmış quruluşuna toxunaraq, Sovetlərin nəzarəti altında olan Mərkəzi Avropa ölkələrini nəzərdə tutaraq “Almaniya Demokratik Respublikası və digər Varşava Müqaviləsi ölkələrində mülk axtarıla bilər” deyib.

Putin daha əvvəl 1867-ci ildə Alyaskanın ABŞ-a satılmasını kiçik hesab edərək, bu müqaviləni “ucuz” adlandırmışdı. Alyaska 1867-ci ildə Rusiya tərəfindən ABŞ-a 7,2 milyon dollara satılıb.

Müharibə Araşdırmaları İnstitutu isə Rusiyanın indiki və ya tarixi mülkiyyətini təşkil edənlərin dəqiq parametrlərinin qeyri-müəyyən olduğuna diqqət çəkərək, bu cür ambisiyaların ağılsız olduğunu və yalnız ekstremizmi qızışdırdığını bəyan edib.

Gununsesi.info