Bu il Şuşada kütləvi idman tədbirləri keçiriləcək

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı kütləvi idman tədbirləri keçiriləcək.

Gununsesi.info -nun məlumatına görə, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

 

Bununla bağlı Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıq verilib.

 

 

 

Gununsesi.info