
Doğrusu, bu məsələnin mız qoyulacaq bir tərəfi olduğunu düşünmürdüm, amma bunu da gördük.
Baxın, dostlar, bu siyasət deyilən fəaliyyət elə belə olur. Düz məntiqlə heç nə olmur.
İndi Azərbaycanda ifadə azadlığı ilə bağlı problem var deyə Qarabağda sülh əldə etməyəkmi?
İndi Azərbaycanda Bəxtiyar Hacıyevi qanunsuz həbs edirlər deyə bizim ordu erməniləri və rusiyalıları Qarabağdan qovsunmu?
Azərbaycanda ən sadə demokratik haqlar verilmir deyə kiminsə balası şəhidmi olsun?
İndi dünyada demokratik dəyərlər var və bizim bəzi vicdanlı vətəndaşlarımız bu dəyərlərə sitayiş edir deyə xalqımız Qarabağda, qonşularla münasibətdə ədaləti əldə etməsinmi?
Güya beynəlxalq siyasətdə hamı o dəyərləriin peyğəmbəri oldu da, bircə biz geri qaldıq?!
Heyhat!
Fransa bizim milyonlarla insanımızın gözyaşını, onillik əziyyətini nəzərə aldı mı? Bəs Qardaşlıq, Bərabərlik, Azadlıq şüarına nə oldu?
Rusiya bizim qırılmış meşələrimizin, diri-diri yandırılan arıların qeydinə nə vaxt qaldı?
Bu dünyada hamı özününkünü dəstəklədi, öz haqlarını gözlədi də, bizə nə qaldı? Bu dünyanın bambılısı elə biz olmalıyıq?
Buraxın bu söhbətləri, siz Allah!
İctimai fəalların Şuşadakı hərəkətlərini, dövlətin bu siyasətini tam dəstəkləyirəm və hamınızı da buna çağırıram!
Biz artıq güclüyük və bu gücdən ilhamlanıb ev-eşiyimizi də düzəldəcəyik.
Vasif İsmayıl