
Bernard Arnault, şirkətinin yenidən strukturlaşması və sonradan birja ilə bağlı narahatlıqlar nəticəsində zənginlər siyahısındakı mövqeyini itirib.
Gununsesi.info -nun verdiyi xəbərə görə, Amazonun rəhbəri Ceff Bezos LVMH-nin sədri Bernard Arnaultu keçərək dünyanın ən varlı adamı olub.
Dünyanın ən varlı insanlarını sıralama edən Bloomberg Billionaires Index-ə görə, Arnaultun sərvəti 203 milyard dollar, Amazonun amerikalı qurucusu və əsas səhmdarı Bezosun isə 205 milyard dollar sərvəti var.
Tesla, SpaceX ve X platformalarının rəhbəri İlon Mask,bir il müddətində təxminən 25/100 % dəyərində uduzan Tesla’nın səhmlərinin dəyərinin düşməsi səbəbindən 30 milyard dollardan artıq ziyan etdikdən sonra mart ayında öz yerini Bezosa təhvil verdi.
Bloomberg-in yeni hesablama üsullarına görə Bernard Arnaultun sərvəti 30 milyard dollar artmışdır.
Əlində olan səhmlərinin qiymətini artırmaq üçün nəzərdə tutulan yeni proses Dior, Givenchy və Guerlain və bir çox digər yüksək səviyyəli brendlərə sahib olan lüks qrup birja problemlərinə tab gətirə bilmədi.
Fransız milyarderin mülk varlığı 6,7 milyard dollar azalaraq 203 milyard dollara endi.
İlin əvvəlindən bəri Bernard Arnault’nun sərvəti təxminən 4,4 milyard dollar azalarkən, Jeff Bezosun varlığı 28 milyard dollar artdı. Yaşadığı çətinliklərə baxmayaraq İlon Maskı 202 milyard geride qoydu.
Siyahının qalan hissəsində Facebook-un qurucusu Mark Zukerberq 169 milyard dollar təxmin edilən sərvətlə 4-cü yerdə, Google həmtəsisçisi Larri Peyc 156 milyard dollarla 5-ci yerdə, Bill Qeyts isə 152 milyard dollarla altıncı yerdədir.
96,8 milyard dollar dəyərində varlığı ilə 16-cı yeri tutan L’Oreal qrupunun varisi Fransuaza Bettencourt Meyers olub. 2023-cü ilin dekabrında o, 100 milyard dollarlıq simvolik sərvət baryerini aşan ilk qadın oldu.